Almaniyada avtobus aşıb: 4 nəfər ölüb, 20 nəfər yaralanıb


  • 28 Mart 12:01

Almaniyanın Leypsiq şəhərində avtobusun aşması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, Almaniyanın paytaxtı Berlindən yola düşən avtobus İsveçrənin Sürix şəhərinə gedən avtobusda ümumilikdə 55 nəfər olub.

Avtobus Leypsiqdə magistral yolu keçərkən naməlum səbəbdən aşıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım və yanğınsöndürən maşınlar, habelə təcili tibbi yardım helikopteri göndərilib.

Polis 20-dən çox insanın yaralandığını açıqlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər