Türkiyədə şagirdlər arasında kütləvi zəhərlənmə olub


  • 28 Mart 18:45

Türkiyənin Diyarbəkir şəhərində şagirdlər arasında kütləvi zəhərlənmə olub.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Diyarbəkirin Sur rayonunda yerləşən məktəblərin birində təhsil alan 12 şagird boğaz, mədə və baş ağrısı, öskürək və ürəkbulanma kimi şikayətləri ilə rəhbərliyə müraciət edib.

Zərərçəkmiş şagirdlər dərhal xəstəxanaya aparılıb.

Onların təmizlik vasitələrindən zəhərləndiyi ehtimal edilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər