Yaponiyada uşaqlara qarşı zorakılıq halları xeyli artıb


  • 29 Mart 13:00

Ötən il Yaponiyada uşaqlara qarşı zorakılıq hallarının sayı əvvəlki ilə nisbətən 6,1 faiz artaraq 122 min 806-ya çatıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Milli Polis Agentliyi (Keisatsucho) məlumat yayıb.

Məlumata görə, ötən il Yaponiyada uşaqlara qarşı zorakılıq halları ilə bağlı cinayət araşdırmalarının sayı əvvəlki ilə nisbətən 9,4 faiz artaraq 2385-ə çatıb.

Ötən il ölkədə 1990-cı ildən bəri davamlı olaraq artan uşaq zorakılığı halları arasında psixoloji zorakılıq və fiziki zorakılıq birinci yerdədir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər