Türkiyədə FETÖ-yə qarşı əməliyyatda 70 nəfər saxlanılıb


  • 29 Mart 14:05

Türkiyədə son bir həftə ərzində FETÖ terror təşkilatına qarşı 20 vilayətdə həyata keçirilən “JİP-11” adlı əməliyyatlar zamanı 70 şübhəli tutulub.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Əli Yerlikaya məlumat verib.

Nazir bildirib ki, təhlükəsizlik qüvvələri tərəfindən Aksaray, Bolu, Qaziantep, Sakarya, Muğla, Mersin, Manisa, İstanbul, Kayseri, Qars, Ərzurum, İzmir, Yerlikaya Elazığ, Adana, Uşak, Dənizli, Sivas, Mardin, Ədirnə və Bursada FETÖ-yə qarşı eyni vaxtda əməliyyat keçirilib.

Əməliyyatlar zamanı çoxlu sayda rəqəmsal material ələ keçirilib.

“Terrorçuların göz açmasına icazə verməyəcəyik, təhlükəsizlik güclərimizin üstün səyləri ilə əməliyyatlarımız qətiyyətlə davam edəcək” - deyə nazir əlavə edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər