Məzmuna keç

Ermənistan Aİ-nin vədlərinə inanaraq heç nəsiz qala bilər –

Ermənistan Avropa İttifaqının ümumi Aİ bazarına çıxış imkanı ilə bağlı boş vədlərinə inansa və buna görə Avrasiya İqtisadi Birliyindən (AİB) çıxsa heç nəsiz qala bilər.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyindən "Ermənistanın dostları" şəbəkəsinin NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin rəhbərliyi altında hazırlanmış Aİ-İrəvan münasibətlərinin dərinləşməsi haqqında məruzəsini şərh edərkən bildiriblər.

"Məruzəyə əsasən, İrəvan Ermənistanın yeri gəlmişkən, əsas benefisiar olduğu AİB-dən çıxmalıdır. Bununla belə, ermənilərin ümumi Aİ bazarına nə zaman və hansı şərtlərdə çıxış imkanı əldə edəcəyi barədə heç nə deyilmir. Elə ola bilər ki, Aİ-nin boş vədlərinə aldanan Ermənistan sakinləri heç nəsiz qala bilər", – deyə nazirlikdən bildiriblər.

Rusiya XİN-dən qeyd ediblər ki, Aİ-nin Ermənistanı müstəsna olaraq Avropa üçün resurs mənbəyi kimi gördüyü hissindən qurtulmaq mümkün deyil.

"Bununla belə, ölkənin maraq və prioritetlərinin Brüsseldən təyin edilməsini normal hesab edirlər", – deyə Rusiya XİN əlavə edib.