Məzmuna keç

Türkiyənin Böyük Şəhər bələdiyyələri üzrə seçkilərin ilkin nəticələri məlum olub –

Türkiyədə bu gün keçirilən Bələdiyyə seçkiləri çərçivəsində Böyük Şəhər bələdiyyələri üzrə ilkin nəticələr açıqlanıb.

E-huquq.az xəbər verir ki, umumi seçki qutularının 17,45 faizi açılıb.

Nəticələrə əsasən, İstanbulda Cumhuriyyət Xalq Partiyası (CHP) namizədi Ekrem İmamoğlu 49,60% səslə ilk sıradadır.

Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) namizədi Murat Kurum isə açılan seçki qutularına əsasən hələlik seçicilərin 41,61%-nin səsini qazana bilib.

Ankarada da Cumhuriyyət Xalq Partiyası (CHP) namizədi Mansur Yavaş 56,34% səslə rəqibini qabaqlayır.

Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) namizədi Turqut Altınok isə səslərin 36,35% toplaya bilib.

CHP İzmir şəhərində də ilk sıradadır – Cemil Tuqay 47,92% səslə birinci, onun rəqibi Ədalət və İnkişaf Partiyasından Hamza Dağ isə 37,12% ilə ikinci sıradadır.

***

Türkiyədə bu gün keçirilən Bələdiyyə seçkiləri çərçivəsində Böyük Şəhər bələdiyyələri üzrə ilkin nəticələr açıqlanıb.

E-huquq.az xəbər verir ki, umumi seçki qutularının 12,77 faizi açılıb.

Nəticələrə əsasən, İstanbulda Cumhuriyyət Xalq Partiyası (CHP) namizədi Ekrem İmamoğlu 49,41% səslə ilk sıradadır. Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) namizədi Murat Kurum isə açılan seçki qutularına əsasən hələlik seçicilərin 42,03%-nin səsini qazana bilib.

Ankarada da Cumhuriyyət Xalq Partiyası (CHP) namizədi Mansur Yavaş 55,25% səslə rəqibini qabaqlayır. Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) namizədi Turqut Altınok isə səslərin 37,08% toplaya bilib.

CHP İzmir şəhərində də ilk sıradadır – Cemil Tuqay 47,50% səslə birinci, onun rəqibi Ədalət və İnkişaf Partiyasından Hamza Dağ isə 37,56% ilə ikinci sıradadır.