- 24 Yanvar 23:31
Polşada güclü külək zamanı ağacların aşması nəticəsində 5 nəfər ölüb.
E-huquq.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.
Məlumata görə, Zakopane və Rabka-Zdroj şəhərlərində güclü külək nəticəsində 3 ayrı qəza baş verib.
Rabka-Zdroj şəhərində ağacların aşması nəticəsində 2 qadın və 1 uşaq ölüb.
Zakopane şəhərində isə ağacın avtomobilin üzərinə düşməsi nəticəsində 1 qadın və 1 uşaq ölüb.
Əhaliyə güclü küləklə bağlı xəbərdarlıq edilib.
Şəbnəm Mehdizadə