İstanbulda gecə klubunda yanğın zamanı ölənlərin sayı 27-ə çatıb - YENİLƏNİB


  • 2 Aprel 17:37

Türkiyənin İstanbul şəhərində 16 mərtəbəli binanın birinci mərtəbəsindəki gecə klubunda yanğın nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb.

E-huquq.az bu barədə "TRT Haber"ə istinadən xəbər verir.

***

Türkiyənin İstanbul şəhərində 16 mərtəbəli binanın birinci mərtəbəsindəki gecə klubunda binada güclü yanğın olub.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Beşiktaş rayonunda baş verən yanğında 16 nəfər həyatını itirib, 8 nəfər yaralanıb.

Onlardan 7-nin vəziyyəti ağırdır.

İstanbul Valiliyi hadisə ilə bağlı cinayət işi başladıldığını açıqlayıb.

Hadisədən ümumilikdə 23 nəfər zərər çəkib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər