- 19:53
Türkiyədən Yunanıstana keçmək istəyən 2 nəfər saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir kiI, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Sərhədlərimizdə terrorla mübarizə davam edir. Ölkəmizdən qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edən 2 nəfər sərhəd qoşunlarımız tərəfindən yaxalanıb. Saxlanılan şəxslərdən birinin FETÖ terror təşkilatının üzvü olduğu müəyyən edilib” - deyə nazirliyin məlumatında bildirilib.
Şəbnəm Mehdizadə