Hərbçilərin olduğu avtobusun qəzaya uğraması nəticəsində 16 nəfər yaralanıb


  • 3 Aprel 13:14

Türkiyənin Tekirdağ şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Tekirdağın Ergene rayonunda fabrik işçilərini daşıyan mikroavtobus hərbçilərin olduğu mikroavtobusa çırpılıb.

Qəza nəticəsində 5-i hərbçi olmaqla 16 nəfər xəsarət alıb.

Hadisə yerinə jandarma, polis, xilasetmə və təcili yardım əməkdaşları cəlb edilib.

Avtobusda qalan 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib.

Yaralılar Çorlu Dövlət Xəstəxanasına çatdırılıb.

Qəza ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər