Məzmuna keç

Türkiyədə terrorçulara məxsus 2 mağara və silah sursat məhv edilib

Türkiyənin Tunceli şəhərində terrorçulara məxsus 2 mağara məhv edilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Tuncelinin Hozat mahalında terror təşkilatlarpına qarşı əməliyyat keçirilib.

Əməliyyat çərçivəsində mağaralarda aparılan axtarışlar zamanı terrorçulara məxsus silah-sursat və yaşayış materialları ələ keçirilib.

Ələ keçirilən materiallar və mağaralar məhv edilib.

Şəbnəm Mehdizadə