Türkiyədən xaricə qaçmağa çalışan 3 terrorçu yaxalanıb


  • 3 Aprel 17:25

Türkiyənin Ədirnə şəhərində xaricə qaçmağa cəhd edən 3 terrorçu yaxalanıb.

E-huquq.az xəbər verir ki, Jandarma Komandanlığının əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı son bir həftə ərzində xaricə qaçmağa cəhd edən 3 terror təşkilatı üzvü sərhəddə yaxalanıb.

Şübhəlilərdən 2-nin FETÖ, 1-nin isə PKK üzvü olduğu müəyyən edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər