Çində güclü qasırğa nəticəsində 7 nəfər ölüb, 11 nəfər yaralanıb


  • 3 Aprel 17:37

Çinin Tszyansi əyalətində güclü qasırğa nəticəsində 7 nəfər ölüb, 11 nəfər yaralanıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, martın 31-dən bəri davam edən qasırğadam 9 şəhərdə təxminən 93 minə yaxın insan zərər çəkib.

Vilayətin paytaxtı Nanchang şəhərində 2-si 20-ci mərtəbədən, biri isə 11-ci mərtəbədən yıxılan 3 nəfər həyatını itirib.

Rəsmilər 11 nəfərin isə yaralandığını açıqlayıb.

Fırtınalar nəticəsində 5 min 700 hektar kənd təsərrüfatı sahəsinə və 2 min 751 evə ziyan dəyib, 800-dən çox insan evlərindən təxliyə olunub.

Jiangxi Meteorologiya Xidməti martın 31-də fırtınanın yaratdığı küləyin sürətinin saatda 127,8 kilometrə çatdığını açıqlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər