Məzmuna keç

Qanunsuz yollarla Türkiyəyə keçən 15 nəfər saxlanılıb

Türkiyənin Ədirnə şəhərində 15 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qeyri-qanuni miqrasiyanın qarşısının alınması məqsədilə şəhərdə yoxlamalar aparılıb.

Bu zaman ölkəyə qeyri-qanuni yollarla daxil olduqları müəyyən edilən 15 nəfər Əfqanıstan, Mərakeş və Pakistan vətəndaşı yaxalanıb.

Miqrantlar Miqrasiya İdarəsinə göndərilib.

Şəbnəm Mehdizadə