Məzmuna keç

Bayden: “İranın açıq təhdidləri qarşısında İsraili tam dəstəkləyirik”

ABŞ Prezidenti Co Bayden və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.

E-huquq.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı tərəflər İranın İsrailə və İsrail xalqına qarşı açıq təhdidlərini müzakirə ediblər.

"Prezident Bayden ABŞ-nin bu təhdidlər qarşısında İsraili güclü şəkildə dəstəklədiyini açıqlayıb", – Ağ Ev qeyd edib.

İki ölkə lideri Qəzza zolağındakı vəziyyəti də müzakirə edib.

“ABŞ lideri Qəzza zolağında humanitar işçilərə hücumların qəbuledilməzliyini vurğulayıb, eləcə də sözügedən bölgədə ümumi humanitar vəziyyətə diqqət çəkib”, – məlumatda deyilir.

Co Bayden bildirib ki, İsrail mülki şəxslərə və humanitar işçilərə mümkün zərərin qarşısını almaq üçün konkret addımlar atmalıdır.