ABŞ-ın Florida ştatında kranın aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə yerindən çəkilən görüntülərdə nəhəng metal konstruksiyanın körpünün üstündən keçən avtomobilin üzərinə düşərək onun ön hissəsini əzdiyi görünür.
Hadisə zamanı krandan yıxılan fəhlə dünyasını dəyişib.
Yaralılar xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
