Məzmuna keç

Türkiyədə avtomobilin dərəyə aşması nəticəsində 7 nəfər yaralanıb

Türkiyənin Ərzincan şəhərində avtomobilin dərəyə aşması nəticəsində 7 nəfər xəsarət alıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Ərzincan-Sivas yolunun Kalkancı kəndi yaxınlığında qeydə alınıb.

Hadisə nəticəsində yaralanan şəxslər ətrafdakı xəstəxanaya aparılıb.

Onların səhhətinin yaxşı olduğu bildirilib.

Şəbnəm Mehdizadə