Məzmuna keç

MİT Suriyada PKK-nın qadın liderlərindən birini məhv edib

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada PKK-nın daha bir liderini məhv edib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Vahide Atalay adlı terrorçunun Suriyanın Ayn Əl Ərəb bölgəsində terrorçuluq fəaliyyəti göstərdiyi müəyyən edilib.

Toplanan kəşfiyyat məlumatları əsasında terrorçunun zərərsizləşdirilməsi üçün əməliyyat keçirilib.

Əməliyyat zamanı "Sorhin Çele" kod adlı Vahide Atalay məhv edilib.

Şəbnəm Mehdizadə