Məzmuna keç

Türkiyədə ağır yol qəzasında 9 nəfər xəsarət alıb

Türkiyənin Çorum şəhərində 2 minik avtomobilinin toqquşması nəticəsində 9 nəfər xəsarət alıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, qəza Çorumun Alaca rayonunda qeydə alınıb.

Hadisə yerinə polis və təcili yardım qrupları cəlb edilib.

Yaralılar Alaca Dövlət Xəstəxanasına aparılıb.

Onlardan bəzilərinin vəziyyəti ağırdır.

Şəbnəm Mehdizadə