Məzmuna keç

Avtobusun işıq dirəyinə çırpılması nəticəsində 16 nəfər yaralanıb

Türkiyənin Düzce adlı bölgəsində avtobusun işıq dirəyinə çırpılması nəticəsində 16 nəfər xəsarət alıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, avtobus Düzcenin Beyköy adlı qəsəbəsində hərəkətdə olarkən idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb.

Bölgəyə jandarma, xilasetmə və təcili yardım əməkdaşları cəlb edilib.

Qəzada yaralanan şəxslər xəstəxanaya çatdırılıb.

Bir müddət sonra bölgədə nəqliyyatın hərəkəti bərpa olunub.

Şəbnəm Mehdizadə