ABŞ prezidenti Donald Trampın vəkilləri impiçment işi üzrə Senatı ölkə liderinə qarşı irəli sürülən ittihamları rədd etməyə çağırıblar.
E-huquq.az-ın məlumatına görə, bu barədə Senatdakı proses üçün müdafiə tərəfinin hazırladığı sənəddə deyilir.
Vəkillər həmçinin ittihamları "konstitusiyaya və ABŞ demokratik institutlarına təhqir" kimi dəyərləndiriblər.
