Türkiyənin Bursa şəhərində 7 qanunsuz miqrant saxlanılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bursanın İnegöl rayonunda polis qanunsuz miqrasiya ilə mübarizə çərçivəsində yoxlamalar aparıb.
Bu zaman yaşayış evlərinin birində bir qrup şəxsin olduğu müəyyən edilib.
Əməliyyat zamanı 7 qeyri-qanuni mühacir tutulub.
Qanunsuz miqrantlar deportasiya olunmaq üçün Miqrasiya İdarəsinə göndərilib.
Şəbnəm Mehdizadə
