Məzmuna keç

Nigeriyada silahlı hücumda ölənlərin sayı 25-ə çatıb

Nigeriyanın Kogi əyalətində baş verən silahlı hücumda ölənlərin sayı 25-ə yüksəlib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Omala Regional sədri David Akpa məlumat verib.

O, aprelin 5-də bir qrup silahlı şəxslər tərəfindən həyata keçirilən hücumda daha 2 uşaq və 4 qadının cəsədinin tapıldığını bildirib.

Sədr hücum zamanı çoxlu sayda insanın yaralandığını da bildirib.

Qeyd edək ki, Nigeriya müxtəlif bölgələrdə silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatlarının hücumları ilə mübarizə aparır.

Şəbnəm Mehdizadə