Məzmuna keç

Mikroavtobusun aşması nəticəsində 8 nəfər yaralanıb

Türkiyənin Batman şəhərində mikroavtobusun aşması nəticəsində 8 nəfər xəsarət alıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Batmanın Sason rayonunda qeydə alınıb.

Rayon mərkəzinə sərnişin daşıyan mikroavtobus qəfil idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı mikroavtobusda olan 8 nəfər yaralanıb.

Bölgəyə təcili yardım və jandarma qrupları cəlb edilib.

Yaralılar təcili yardımla Sason Dövlət Xəstəxanasına aparılıb.

Şəbnəm Mehdizadə