İran Tehran üzərində hava məkanını bağladığını açıqlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.
Məlumata görə, İran hakimiyyəti paytaxt regionu üzərindəki hava məkanının bağlanmasına göstəriş verib. Tehran və onun ətrafı üzərində uçuşlara qadağa səlahiyyətlilərə əlavə xəbərdarlıq edilənədək tətbiq olunub.
