Məzmuna keç

İranın İsrailə hücumu nəticəsində 7 yaşlı uşaq ölməyib –

İranın İsrail ərazisinə hücumu nəticəsində 7 yaşlı uşağın ölümü ilə bağlı məlumat düzgün deyil.

E-huquq.az xəbər verir ki, bu barədə TASS-a İsrailin Rusiya Federasiyasındakı səfiri Simona Halperin məlumat verib.

“Biz məlumatı dəqiqləşdirmişik. Uşaq ölməyib, hazırda vəziyyəti ağırdır”, – diplomat bildirib.

***

13.45

İranın İsrail ərazisinə endirdiyi hava zərbələri nəticəsində yeddi yaşlı uşaq həlak olub.

E-huquq.az xəbər verir ki, bu barədə İsrailin Rusiyadakı səfiri Simone Halperin “TASS”a açıqlamasında deyib.

“Yeddi yaşlı uşaq yaralanıb, təəssüf ki, aldığı xəsarətlərdən dünyasını dəyişib”, – deyə diplomat bildirib.

Qeyd edək ki, İran aprelin 14-də İsrailə qarşı hərbi əməliyyat keçirib. Əməliyyat zamanı İsrailə onlarla PUA və raket zərbələri endirilib.