Hakan Fidan və Abdullahian İran-İsrail qarşıdurmasına dair müzakirə apardı


  • 14 Aprel 16:29

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian türkiyəli həmkarı Hakan Fidan ilə telefonla danışıb.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə XİN-ə yaxın mənbə məlumat yaylb.

İran XİN başçısı deyib ki, Tehran İsrailə qarşı yeni əməliyyatlar planlaşdırmır:

"İsrailə qarşı əməliyyat başa çatıb və İrana hücum olunmayınca yeni əməliyyata başlamayacaq. İran yenidən hücuma məruz qalsa, daha sərt cavab verəcək", - mənbə bildirib.

Oxşar xəbərlər