Türkiyədə tələbə yataqxanasında yanğın baş verib


  • 15 Aprel 12:45

Türkiyənin Burdur şəhərində tələbələrin qaldığı yataqxanada yanğın baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Burdurun Gölhisar adlı ərazisində yerləşən yataqxananın mətbəx hissəsində yanğın başlayıb.

Sürətlə böyüyən yanğının qarşısını almaq üçün hadisə yerinə çoxlu sayda yanğın söndürən cəlb edilib.

Yanğın qısa müddətdə söndürülüb.

Yanğının elektrik naqillərində baş verən qısaqapanmadan baş verdiyi ehtimal edilir.

Araşdırmalar davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər