Pakistanda leysan yağışlar nəticəsində 39 nəfər ölüb


  • 15 Aprel 15:37

Pakistanda yağan leysan yağışlar nəticəsində ölənlərin sayı 39-a çatıb.

E-huquq.az “Dawn” saytına istinadən xəbər verir ki, Pəncab, Bəlucistan və Hayber Pantunxva əyalətlərində 3 gündür davam edən güclü yağış ciddi fəsadlara səbəb olub.

Baş nazir Şahbaz Şərif zərər çəkmiş ərazilərə təcili yardım göndəriləcəyini bildirib.

Təbii fəlakət zamanı evlərə və infrastruktura ciddi ziyan dəyib.

Qeyd edək ki, Pakistanda 2022-ci ildə daşqınlar zamanı 2 minə yaxın insan həyatını itirib və ölkəyə təxminən 30 milyard dollar ziyan dəyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər