Meksikada helikopter qəzaya uğrayıb: 3 nəfər ölüb


  • 16 Aprel 10:49

Meksikada helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

E-huquq.az Meksika mətbuatına istinadən xəbər verir ki, helikopter paytaxt Mexiko şəhərinin Koyoakan bölgəsində qəzaya uğrayaraq alovlanıb.

Hadisə zamanı pilot da daxil olmaqla 3 nəfər həyatını itirib.

Əraziyə axtarış-xilasetmə qrupları cəlb edilib.

Şahidlərin sözlərinə görə, pilot helikopterin bazar meydanına çırpılmasının qarşısını almaq üçün son anda manevr edib.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər