İnterpol xətti ilə axtarışa verilən şəxs İstanbulda saxlanılıb


  • 16 Aprel 10:55

İnterpolun qırmızı və iki sarı bülletenlə axtardığı Qazaxıstan əsilli Nurlan Zharımbetov Türkiyənin İstanbul şəhərində saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Naziri Ali Yerlikaya məlumat verib.

Nazir dələduzluq maddəsi ilə axtarışda olan şəxsin İstanbulda keçirilən “Mahzen-27” əməliyyatı zamanı tutulduğunu bildirib.

“Xalqımızın dincliyini pozan beynəlxalq mütəşəkkil cinayətkar təşkilatların və narkotik tacirlərinin nəfəs almasına imkan verməyəcəyik. Əməliyyatı həyata keçirən qəhrəman polislərimizi təbrik edirəm” -deyə nazir qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər