Yük maşını ilə avtomobil toqquşub: 11 nəfər yaralanıb


  • 16 Aprel 11:09

Türkiyənin Konya şəhərində yol nəqliyyat hadisəsi zamanı 11 nəfər yaralanıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Konyanın Akşehir rayonunda yük maşını işıqforun qırmızı işığında gözləyən digər avtomobilə çırpılıb. ması nəticəsində 11 nəfər xəsarət alıb.

Qəza nəticəsində hər iki avtomobilin sürücüləri və nəqliyyat vasitələrində olan 9 sərnişin xəsarət alıb.

Yaralılar təcili yardımla Akşehir Dövlət Xəstəxanasına aparılıb.

Qəza ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər