İndoneziyada denge qızdırması qurbanlarının sayı xeyli artıb


  • 16 Aprel 11:23

İndoneziyada ilin əvvəlindən bəri Denge qızdırmasından ölənlərin sayı ötən illə müqayisədə 179,4 faiz artıb.

E-huquq.az “Antara News”a istinadən xəbər verir ki, bu barədə İndoneziya Səhiyyə Nazirliyi məlumat açıqlayıb.

Məlumatda virusa yoluxanların sayının 62 min 1-ə, xəstəlik səbəbindən həyatını itirənlərin sayının isə 475-ə çatdığı bildirilib.

Səhiyyə Nazirliyi son vaxtlar ağcaqanadların çoxaldığı ərazilərin dezinfeksiya edilməsinə və təmizlənməsinə dair xəbərdarlıq edib.

Statistikaya görə, İndoneziyada 2016-cı ildə 1598 nəfər, 2017-ci ildə 493 nəfər, 2018-ci ildə 344 nəfər, 2019-cu ildə 917 nəfər bu xəstəlikdən ölüb.

Qeyd edək ki, tropik və subtropik bölgələrdə yayılan Denge qızdırması virusu insanlara ağcaqanadlar vasitəsilə ötürülür. İnkubasiya dövründən sonra yüngül qızdırmaya səbəb olan xəstəlik bəzi hallarda ölümlə nəticələnə bilər. İyun, sentyabr, dekabr və mart aylarında yoluxma halları artır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər