Türkiyədə FETÖ-yə qarşı əməliyyatda 5 nəfər saxlanılıb


  • 16 Aprel 16:50

Türkiyədə FETÖ terror təşkilatına qarşı keçirilən əməliyyatda 5 nəfər tutulub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Baş Prokurorluq tərəfindən aparılan istintaq çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin gizli strukturunda iştirak etdiyi iddia edilən 7 şübhəli haqqında həbs qərarı çıxarılıb.

Konya mərkəzli Aksaray, Kahramanmaraş, Hatay və İzmirdə eyni vaxtda keçirilən əməliyyatda şübhəlilərdən 5-i saxlanılıb.

Digər şübhəlilərin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər