Mirzoyan Səudiyyə Ərəbistanına gedəcək


  • 16 Aprel 17:47

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Səudiyyə Ərəbistanına gedəcək.

E-huquq.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Məlumata görə, səfər 17-18 aprel tarixlərində baş tutacaq.

Qeyd olunub ki, bu, 2023-cü ilin noyabr ayında iki ölkə arasında diplomatik əlaqələr qurulandan sonra Ermənistan rəsmisinin Səudiyyə Ərəbistanına ilk yüksək səviyyəli səfəri olacaq.

Oxşar xəbərlər