Ukrayna prezidenti səfərbərlik haqqında qanunu imzaladı


  • 16 Aprel 20:14

Ukrayna prezidenti Volodimir Zelenski səfərbərlik haqqında qanunu imzalayıb.

E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının saytında məlumat dərc olunub.

Yeni qanun layihəsi Ukraynada səfərbərlik şərtləri, hərbi qeydiyyat və hərbi xidmətlə bağlı şərtlərə dəyişikliyi nəzərdə tutur.

Qanun layihəsi aprelin 16-da Ukrayna parlamentinin sədri tərəfindən də imzalanıb. Zelenskinin imzasından sonra qanun layihəsinin Ukrayna parlamentinin rəsmi nəşri olan "Qolos Ukrayna" tərəfindən dərc olunacağı gözlənilir. Qanun dərc olunduqdan 1 ay sonra qüvvəyə minəcək.

Yeni qanuna əsasən, Ukraynada hərbi çağırış yaşı 27 yaşdan 25 yaşa endiriləcək və "məhdud yararlı" statusu ləğv olunacaq.

Oxşar xəbərlər