- 29 Aprel 15:29
Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul Şəhər Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində İŞİD-in Daşişə qərargahı ilə əlaqəsi olduğu müəyyən edilən 14 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.
Polisin keçirdiyi əməliyyat zamanı 10 şübhəli saxlanılıb.
Diəgr 4 şübhəlinin tutulması üçün tədbirlər davam etdirilir.
Şəbnəm Mehdizadə