Antalyada sexdə güclü yanğın olub


  • 17 Aprel 14:19

Türkiyənin Antalya şəhərində sexdə yanğın baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalyanın Alanya rayonunda yerləşən sexdə naməlum səbəbdən yanğın baş verib.

Hadisə yerinə xilasetmə və jandarma qrupları cəlb edilib.

Yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə yanğın qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində sexə ciddi ziyan dəyib.

Araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər