- 29 Aprel 15:29
Türkiyənin Muğla şəhərində 25 qanunsuz miqrant xilas edilib.
E-huquq.az xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.
Məlumata görə, Muğlanın Datça mahalı sahillərində qeyri-qanuni miqrantları daşıyan rezin qayıq əlverişsiz hava şəraiti nəticəsində batmaq təhlükəsi ilə üzləşib.
Bölgəyə Sahil Mühafizəsinin qayığı göndərilib.
Komandalar rezin qayıqda olan 25 qeyri-qanuni miqrantı xilas edib.
Həmin ərazidə Sahil Mühafizəsinin qayığı tərəfindən aşkar edilərək dayandırılam digər bir qayıqda qeyri-qanuni yollarla xaricə getməyə çalışan 34 qanusuz miqrant yaxalanıb.
Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə