Pakistanda güclü yağışlar nəticəsində ölənlərin sayı 63-ə çatıb


  • 17 Aprel 17:19

Pakistanda güclü yağış və ildırım vurması nəticəsində ölənlərin sayı 63 nəfərə çatıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fəlakətlərin İdarə Edilməsi Administrasiyasının sözçüsü Xurşid Ənvər məlumat verib.

O, Pəncab, Bəlucistan və Hayber Paxtunxva əyalətlərində həftə sonu başlayan şiddətli yağış və ildırım çaxması nəticəsində həyatını itirənlərin sayının 63-ə yüksəldiyini, təxminən 1370 evin zərər gördüyünü bildirib.

Səlahiyyətlilər pis hava şəraitinin axtarış-xilasetmə işlərinə mənfi təsir göstərə biləcəyini deyiblər.

"Associated Press"ə (AP) danışan Pakistan Meteorologiya Departamentinin rəsmisi Zahir Əhməd Babar ölkədə iqlim dəyişikliyi səbəbiylə daha güclü yağışların müşahidə edildiyini bildirərək, "Bu ay Pakistanda normadan 61 faiz çox yağış qeydə alınıb və bu, artıq ölkəmizdə iqlim dəyişikliyinin baş verdiyini göstərir” - deyə qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər