- 12:31
Mozambikdə qayığın batması nəticəsində bir ailənin 8 üzvü həlak olub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin mərkəzi bölgəsində Zambezi çayında əlverişsiz hava şəraiti və həddindən artıq yüklənmə səbəbindən bir qayıq çevrilib.
Hadisə nəticəsində qayıqda olan 8 nəfər həyatını itirib.
Xatırladaq ki, Mozambikdə aprelin 8-də bərənin batması nəticəsində aralarında uşaqlar da olmaqla 90-dan çox adam həlak olub.
Şəbnəm Mehdizadə