Çerniqova hücum nəticəsində 15 nəfər ölüb


  • 17 Aprel 17:36

Ötən gecə Rusiyanın Ukraynanın Çerniqov vilayətinə raket hücumu nəticəsində 15 nəfər ölüb, 61-i yaralanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, xəsarət alanlardan üçü uşaqdır.

Dağıntılar altından üç nəfər xilas edilib.

Axtarış-xilasetmə işləri davam etdirilir.

Oxşar xəbərlər