KİV: İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıb


  • 17 Aprel 22:32

İsrail aprelin 15-i axşam saatlarında İrana qarşı qisas almağı planlaşdırıb, lakin hücumu təxirə salmaq qərarına gəlib.

E-huquq.az xəbər verir ki, bu barədə "Axios" portalı Amerika və İsrail rəsmilərinə istinadən məlumat yayıb.

Vaşinqton administrasiyasının nümayəndələrinin sözlərinə görə, İsrail qərarını ABŞ-yə çatdırıb.

Amerika rəsmisi nəşrə deyib ki, “biz bilmirik bu hansı səbəbdən baş verib. Bunun real hücuma nə qədər yaxın ola biləcəyi də məlum deyil”.

Oxşar xəbərlər