Yunanıstana qaçmağa çalışan 7 terrorçu yaxalanıb


  • 18 Aprel 13:42

Türkiyənin Ədirnə şəhərində Yunanıstana qaçmağa cəhd edən 7 terror təşkilatı üzvü saxlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Jandarma Komandanlığı məlumat yayıb.

Belə ki, Jandarma Komandanlığının əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı Yunanıstana qaçmağa cəhd edən 7 terror təşkilatı üzvü yaxalanıb.

Şübhəlilərdən 2-nin PKK/KCK, 4-nün FETÖ/PDY və 1-nin DHKP-C üzvü olduğu müəyyən edilib.

Saxlanılan şübhəlilərlə bağlı iş məhkəməyə göndərilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər