Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb


  • 18 Aprel 17:44

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb.

E-huquq.az xəbər verir ki, bu barədə Qazaxıstan daxili işlər nazirinin birinci müavini Marat Kocayev jurnalistlərə açıqlamasında bildirib.

Kocayev daşqınlar səbəbilə Atrau bölgəsində 4 nəfərin boğularaq öldüyünü, Türküstan bölgəsində isə bir azyaşlının axına düşərək həyatını itirdiyini bildirib.

O, Abay vilayətində 2 nəfərin axtarışlarının davam etdiyini qeyd edib.

Nazir müavini deyib ki, faktlarla bağlı artıq cinayət işi açılıb, polis əməkdaşları tərəfindən araşdırma aparılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər