Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb


  • 18 Aprel 19:15

Omanda daşqın nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ölkədə bazar günündən bəri davam edən leysan yağış və güclü küləklərin təsirləri sona çatıb.

Ölkənin Mahut və Səham əyalətlərində daşqınlar nəticəsində həyatını itirən 2 nəfərin cəsədinin tapıldığı bildirilib.

Sel fəlakətində ölənlərin sayının 21-ə yüksəldiyi, itkin düşən 2 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd olunub.

Xilasetmə əməliyyatları nəticəsində 1630 vətəndaş xilas edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər