İran XİN Tehranın cavab addımlarının tamamlandığını açıqladı


  • 19 Aprel 00:36

İranın cavab tədbirləri başa çatıb, indi İsraili bundan sonrakı eskalasiyasından çəkindirmək üçün addımlar atılmalıdır.

E-huquq.az-ın məlumatına görə, bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

"Hazırda İranın qanuni müdafiəsi və onun qarşılıqlı və mütənasib hərəkətləri tamamlanıb. Bu baxımdan İsrail rejimini İranın maraqlarına qarşı yönəlmiş növbəti avantüralardan çəkindirmək lazımdır", - deyə nazir bildirib.

Onun sözlərinə görə, İsrailin Tehranın maraqlarına qarşı güc tətbiq edəcəyi təqdirdə, “İran İslam Respublikası onları peşman edəcək dərhal və qəti cavab vermək hüququndan istifadə etməkdən çəkinməyəcək”.

Oxşar xəbərlər