Rusiyanın Ukraynaya raket hücumu nəticəsində 6 nəfər ölüb


  • 19 Aprel 10:25

Rusiyanın ötən gecə Ukraynanın Dnepr vilayətinə təşkil etdiyi raket hücumu nəticəsində altı nəfər ölüb.

E-huquq.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həlak olanlardan ikisi uşaqdır.

Bundan başqa, hücum nəticəsində daha iki nəfərin yaralandığı qeyd olunub.

Ölənlərin sayının artacağı istisna edilmir.

Oxşar xəbərlər