- 17 Aprel 23:52
Türkiyənin Manisa şəhərində 27 qeyri-qanuni miqrant saxlanılıb.
E-huquq.az xəbər verir ki, Jandarma Komandanlığının apardığı yoxlamalar zamanı 2 nəfərin qanunsuz miqrantları dəniz yolu ilə ölkədən çıxaracaqları bəlli olub.
İzmirin Urla mahalının Balıklıova bölgəsində aralarında şübhəli şəxslərin də olduğu 2 avtomobildə ümumilikdə 27 qeyri-qanuni miqrantla saxlanılıb.
Miqrant qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən 2 nəfər barəsində cinayət işi başlanıb.
Qanunsuz miqrantlar deportasiya ediliblər.
Şəbnəm Mehdizadə