ABŞ Nümayəndələr Palatası Ukraynaya maliyyənin ayrılmasını təsdiqlədi


  • 20 Aprel 23:38

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya və ABŞ-ın digər regional müttəfiqlərinə kömək üçün qanun layihələrini təsdiqləyib.

E-huquq.az-ın məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər verib.

Məlumata əsasən, üç qanun layihəsi üzrə ayırmaların ümumi məbləği 95,34 milyard dollar təşkil edib. Ukraynaya 60,84 milyard dollar ayrılması təklif edilib.

Bildirilib ki, Ukraynaya 60,64 milyard dollarlıq yardım haqqında qanun layihəsini 311 konqresmen dəstəkləyib, 112-si əleyhinə səs verib.

Oxşar xəbərlər